"Rusiyanın Qara dənizdə ağalığına son qoymaq üçün bunu etmək lazımdır..."
2024-02-19 13:20:28
Hurriyyet.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Qara dənizdə ağalıq etməsinə yol verməmək üçün ölkəni Avropa İttifaqına qəbul eləməyin zəruri olduğunu bəyan edib. Bu barədə məlumatı "İnterpress" agentliyi dərc edib.
Zurabişvilinin fikrincə, Avropa İttifaqının genişlənməsi dalğaları siyasi birlik üçün əlavə təhlükəsizlik təminatı olub. Gürcüstanın da qəbul edilməsi həm Tbilisinin, həm də bütövlükdə qitənin təhlükəsizliyinin möhkəmlənməsinə kömək edəcək.
Zurabişvilinin sözlərinə görə, indi Rusiya 2007-ci ildə bəyan etdiyini həyata keçirir — "Qərbin Qara dənizə daxil olmasına imkan vermir".
Hürr Tərcüman