"Rusiyanın Qarabağdakı hərbi mövcudluğu erməni uşaqlarını soyqırımdan xilas edir" - Abovyan
2022-11-07 20:25:00
“Rusiyanın Qarabağdakı hərbi mövcudluğu Qarabağ uşaqlarını soyqırımdan xilas edir”.
Bunu “Çiçəklənən Ermənistan” partiyasının üzvü Arman Abovyan deyib.
O, “Ermənistanın gündəmi: mitinqlərdən sonra davam” mövzusunda panel müzakirəsi zamanı sülhməramlıların mandatının uzadılması məsələsinə toxunub.
“Sülhməramlıların Qarabağda mandatının uzadılması vacibdir. Rusiyanın Qarabağdakı hərbi mövcudluğu Qarabağ uşaqlarını soyqırımdan xilas edir”, – deyə boş-boş danışıb.
Daha sonra o deyib ki, Paşinyan hakimiyyəti regionumuzda Qərblə Şərqin qarşıdurmasına səbəb olan ziddiyyətlər üzərində oynamaq üçün ən pis variantı seçib. \\KONKRET.az