📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiyanın qəddarlığını unutmağa dünyanın haqqı yoxdur"

2023-02-21 22:15:00

“Rusiya ordusu Xerson şəhərinə intensiv hücumlar təşkil edib”.

Hurriyyet.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib:

“Rusiya ordusu Xersona intensiv hücumlar təşkil edib. Dinc insanları amansızcasına qətlə yetirib. Rus raketləri dayanacağa, yaşayış məntəqələrinə və mənzillərə düşür. Təəssüf ki, bu terror hücumları nəticəsində yaralanan və ölənlər var. Yaxınlarını itirənlərə başsağlığı verirəm”.

Zelenski dünyanı Ukraynadakı müharibəyə susmamağa çağırıb:

“Dünyanın Rusiyanın qəddarlığı və təcavüzünü bir an belə unutmağa haqqı yoxdur”.\\Bakupost.az