📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın "ROSNEFT" şirkətindən ARDNŞ-ə təklif gəldi

2022-11-01 17:12:00

Rusiyanın

ARDNŞ-ni ən böyük neft və qaz layihəsində gözləyirlər. Belə ki, Rusiyanın "Rosneft" a ARDNŞ-i "Vostok Oil" layihəsində iştirak etməyə dəvət edib. Bəs bu ARDNŞ-ə nə vəd edir?
"Vostok Oil" - "Rosneft" əsas layihəsi və dünyanın ən böyük neft və qaz layihəsidir. Layihə əvvəlcə xarici investorlar üçün cəlbedici olub. Ancaq Qərb sanksiyalarından sonra onun iştirakçıları tədricən səhmlərini tədricən satıblar.
Deyilənə görə, xarici İştirakçıların çıxışı layihənin həyata keçirilməsi prosesinə təsir göstərməyib. "Rosneft" əvvəlcədən yerli avadanlıqlara və materiallara (98%) yönəlib, buna görə də layihənin işləməsində çətinlik və gecikmələr olmayacaq.
ARDNŞ-in belə bir layihədə iştirakı maliyyə sərmayələri tələb edəcək, ancaq nəticədə xarici bazarlarda iştirakını artıracaq resurs bazasını əhəmiyyətli dərəcədə genişləndirəcək. Rusiya şirkətləri Azərbaycanın enerji tarixi boyunca ölkənin neft və qaz layihələrində fəal iştirak ediblər. ARDNŞ, öz növbəsində, Rusiya Federasiyasında karbohidrogen layihələrinin əhəmiyyətli bir iştirakçısı ola bilər.

Ülviyyə, Hurriyyet.az