📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rusiyanın şəhərlərini vuracağıq…” – Arestoviç ilk dəfə və rəsmən bəyan etdi

2022-04-14 12:24:00

“Rusiyanın şəhərlərini vuracağıq…” – Arestoviç ilk dəfə və rəsmən bəyan etdi

“Rusiya Kiyevə zərbə endirsə, Ukrayna cavab zərbəsi endirəcək”.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Aleksey Arestoviç vəkil Mark Feyqin ilə söhbətində deyib.

“Rusiya ilə bağlı imkanlarımız çox yaxşıdır”, - deyə Arestoviç söyləyib.

Xatırladaq ki, aprelin 13-ü Rusiya Müdafiə Nazirliyi Ukraynanı qərar qəbuletmə mərkəzlərinə, o cümlədən Kiyevə zərbələr endirməklə hədələyib. Ukrayna da öz növbəsində Rusiyanın Kiyevə raket zərbəsi endirilməsi ehtimalı ilə bağlı təhdidlərinə cavab verib. Belə ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna istənilən ssenariyə hazırdır.