Rusiyanın SU-25 təyyarəsi vuruldu - Katapult edən pilotu ərazidən götürməyə gələn Mİ-8 helikopteri də məhv edildi
2022-03-05 11:40:00
Ukrayna hərbçiləri Rusiyanın daha bir "Su-25" təyyarəsini vurub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı bildirib.
Qeyd olunur ki, katapult edərək sağ qalan pilotu ərazidən götürməyə gələn Mi 8 hərbi nəqliyyat helikopteri də, məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibənin 9 günü ərzində azı 37 təyyarə vurulub.
Bununla yanaşı, 37 helikopter sıradan çıxarılıb.