📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın tarix dərsliyi Çeçenistan məktəblərindən yığışdırıldı

2023-09-23 17:45:01

Rusiyanın tarix dərsliyi Çeçenistan məktəblərindən yığışdırıldı

Hurriyyet.az xəbər verir ki, Çeçenistan Rusiya tarixi üzrə yeni dərsliyi boykot edib. Çeçen xalqının deportasiyası barəsində paraqrafın başlığı dəyişilməyənə qədər dərsliklər məktəblərə verilməyəcək. Bu barədə məlumatı regional parlamentin sədri Məhəmməd Daudov verib.

Onun sözlərinə görə, “10-11-ci siniflər üçün yenilənmiş Rusiya tarixi dərsliyi SSRİ-nin repressiyaya uğramış xalqlarının nümayəndələri arasında narazılıq doğurub”.

Spiker bildirib ki, Kadırovun göstərişi ilə dərsliyin bütün tirajı məktəblərdən yığışdırılıb.

Dərsliyin neqativ reaksiya doğurmuş başlığının dəyişdirilməsi üçün işçi qrup yaradılıb. İşçi qrupuna repressiyalara uğramış xalqların yaşadıqları regionların rəhbərləri daxil edilib.

Hürr Tərcüman