📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın Tehrandakı səfiri mübahisəli adalar üstündə İran Xarici İşlər Nazirliyinə çağırıldı

2023-07-12 14:56:00

Rusiyanın Tehrandakı səfiri mübahisəli adalar üstündə İran Xarici İşlər Nazirliyinə çağırıldı

 İran körfəzindəki üç mübahisəli ada ilə bağlı Rusiya və Fars Körfəzi Əməkdaşlıq Şurası arasında strateji danışıqların 6-cı mərhələsinin yekun bəyanatının yayılmasından sonra Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə çağırılıb və İranın etiraz notası ona təqdim edilib.
Görüşdə sözügedən üç adanın İslam Respublikasının ərazisinə aid olduğu vurğulanıb və Rusiyadan bu bəyanatı ləğv edərək öz mövqeyini bildirməsi tələb edilib.

Ülviyyə, Hurriyyet.az