📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiyanın terroru himayə edən ölkələrin siyahısına daxil edilməsi zaman məsələsidir" - XAQANİ CƏFƏRLİ

2022-05-18 16:42:00

"Sənəd demokrat Riçard Blumental və respublikaçı Lindsi Qrem tərəfindən hazırlanıb, buna görə də qəbul olunma ehtimalı yüksəkdir"

"ABŞ Senatında respublikaçıların lideri Mitçell Makkonnell prezident Co Baydeni Rusiyanı terrorizmi maliyyələşdirən dövlət elan etməyə çağırıb. Artıq Senatda Rusiyanı terrorizmi maliyyələşdirən dövlət kimi tanıyan qətnamə layihəsi qeydə alıb". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Sənədin demokrat Riçard Blumental və respublikaçı Lindsi Qrem tərəfindən hazırlandığını vurğulayan politoloq hesab edir ki, buna görə də qəbul olunma ehtimalı yüksəkdir: "Rusiyanın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması bu ölkəyə əlavə sanksiyalar tətbiq etməyə imkan verəcək. Terroru himayə edən ölkələrin siyahısına Şimali Koreya, Suriya, Kuba və İran daxildir. Rusiyanın adının bu siyahıya daxil edilməsi zaman məsələsidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az