Rusiyanın Ukrayna ilə bağlı planları açıqlandı
2024-05-03 13:09:05
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-leytenant Aleksandr Pavlyuk "Tayms" qəzetinə müsahibəsində ölkəsinin kəşfiyyat xidməti əməkdaşlarının əldə elədiyi məlumat əsasında Rusiyanın Xarkov və Sum məntəqələrini ələ keçirməyi planlaşdırdığını bildirib.
General deyib: "Xüsusi xidmət orqanlarımızın məlumatına görə, rusiyalılar həqiqətən də Xarkov və ya Sumu ələ keçirməyi planlaşdırırlar. Lakin biz həmin planların nə qədər ciddi olduğunu və onların həmin planları reallaşdıracaq gücə sahib olub-olmadıqlarını bilmirik".
Pavlyukun sözlərinə görə, Rusiya Donetsk və Luqansk vilayətləri ilə yanaşı, Zaporojyeni də ələ keçirmək niyyətindədir.
Hürr Tərcüman