📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın Ukraynada verdiyi itkilər AÇIQLANDI- SON RƏQƏMLƏR

2022-03-01 12:07:00

Rusiyanın Ukraynada verdiyi itkilər AÇIQLANDI- SON RƏQƏMLƏR

Ukraynadakı müharibə zamanı (24 fevral - 1 mart tarixlərində) Rusiyanın 29 təyyarəsi, 29 helikopteri, 198 tankı vurulub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, həmçinin 6 minə yaxın hərbçi (təxmini), 846 zirehli döyüş maşını, 77 top, 7 hava hücumundan müdafiə sistemi, 24 MLRS, 60 yanacaq çəni, 3 əməliyyat-taktiki PUA, 2 qayıq və 305 texnika məhv edilib.