📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiyanın Ukraynaya qarşı aqressiyası artacaq" - POLİTOLOQ

2021-12-22 12:36:00

"Rusiyanın ABŞ və NATO bir neçə bənddən ibarət şərt irəli sürməsi əsasən, yeni geosiyasi nizamda öz təsir dairəsini saxlamaqdır. Həmçinin Kremlin bu şərtləri NATO və ABŞ şərqə genişlənməsi və Avropada yeni ballistik raketlər yerləşdirməsi, Ukraynanın hərbiləşdirilməsinə siyasi ultimatumdur. Rusiyanın şərtləri əsasən aşağıdakılardır"

Bunu "Hurriyyet.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Rusiya Ukraynanın hərbiləşdirilməsinə siyasi ultimatum olaraq aşağıdakı şərtləri irəli sürüb:

"Birinci, NATO bütün keçmiş sovet məkanında özünün bütün hərbi fəaliyyətlərini dayandırmalıdır.

İkinci, NATO Ukraynada, Şərqi Avropada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, habelə bütün mübahisələri güc tətbiq etmədən və dinc yolla çözməyə razılaşmalıdır.

Təklif olunmuş “saziş layihəsində” NATO-nun genişləndirilməsinin dayandırılması, onun Moskvanın göstərdiyi bufer zonasında” keçirdiyi hərbi təlimlərin ordu briqadası səviyyəsindən çox olmaması” nəzərdə tutulur".

Politoloq əlavə edib ki, Rusiyanın Ukraynaya qarı aqressiyası arta bilər:

"Göründüyü kimi Rusiya bununla öz təsir dairəsini elan edir və NATO-nun son illər artan aktivliyinin qarşısını almağa çalışır. Qərbin Rusuyanin bu şərtlərini qəbul etməyəcək. Əgər, Qərb geri çəkilərsə, Avropanın təhlükəsizliyi təhdid olunacaq. Rusiyanın Ukraynaya qarşı aqressiyası artacaq. Həmçinin Mərkəzi Asiyanı nəzarətə alacaq.

Rusiya qlobal müstəvidə öz təsir dairəsini qəbul etdirməsi mümkün görünmür. NATO və ABŞ la Rusiya siyasi-hərbi gərginlik mərhələsinə daxil olur. Bu, Ukrayna cəbhəsində özünü göstərəcək. Qərb gəri cəkilməyəcək və Moskva ilə toqquşmağa hazır görünür".

YƏHYA