📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın "Urals" neftinin Türkiyəyə tədarükü fevral ayında dörd ayın ən pik həddinə çatıb

2023-03-02 11:53:00

Rusiyanın

Mənbələrin "Reuters" agentliyinə verdiyi məlumata görə, Azərbaycanın SOCAR Neft Şirkətinə məxsus STAR neft emalı zavodu qarışığın alışını bərpa etdikdən sonra "Urals" neftinin Türkiyəyə tədarükü fevral ayında dörd ayın ən yüksək səviyyəsinə çatıb.
Agentlik qeyd edir ki, Rusiyanın NATO üzvlüyünə baxmayaraq dost ölkə hesab etdiyi Türkiyəyə Rusiya neft ixracının artması Qərbin Rusiyanın maliyyə gücünü sarsıtmaq cəhdlərinin qarşısını ala bilər.
“Refinitiv Eikon”un məlumatına görə, fevralda Türkiyə limanlarına 860 min ton, yanvarda 620 min ton, dekabrda isə 370 min ton "Urals" nefti göndərilib.

Ülviyyə, Hurriyyet.az