📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın Ust-Luqa limanında dron hücumu nəticəsində yanğın baş verib

2026-08-14 12:03:54

Rusiyanın Ust-Luqa limanında dron hücumu nəticəsində yanğın baş verib

Rusiyanın Leninqrad vilayətindəki Ust-Luqa limanında dron hücumu nəticəsində yanğın baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib. Son məlumatlara görə, Leninqrad vilayəti üzərində Ukraynanın 54 dronu zərərsizləşdirilib.

Sankt-Peterburqdakı Pulkovo hava limanı Moskva vaxtı ilə saat 03:03-dən etibarən yalnız əvvəlcədən razılaşdırılan uçuşların yerinə yetirilməsinə keçib.

Dron hücumunun nəticələri Tver vilayətinin Kalininski rayonunda da qeydə alınıb. Burada “Wildberries” anbarının divarı zədələnib. Obyektdə yaranan tüstülənmə tez bir zamanda söndürülüb. İşçilər arasında xəsarət alman yoxdur.