📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın vertolyotu Türkiyədə qəzaya uğradı, ölənlər və yaralananlar var - VİDEO

2022-09-21 20:02:00

Rusiyanın vertolyotu Türkiyədə qəzaya uğradı, ölənlər və yaralananlar var - VİDEO

Hurriyyet.az xəbər verir ki, Rusiyaya məxsus olan yanğınsöndürən vertolyot Türkiyədə qəzaya uğrayıb. Bu barədə məlumatı “Sondakika.com” saytı verib.

Vertolyot Marmarisdə yanğının söndürülməsi üçün uçurmuş. Qəza Dənizli rayonunda baş verib.

Qəzada 2 nəfər həlak olub, 5 nəfər yaralanıb. Rusiyalı mühəndis Aleksandr Yakovlev ilə texniki işçi Aleksey Volkov həlak olublar. Kapitan pilot İlya İvesenko, ikinci pilot İqor Turkov, texniki işçi Georgi Onuçin, Türkiyə vətəndaşları - pilot Ömer Kaan Çakır və Meşə Baş İdarəsinin təmsilçisi Kenan Erdem yaralı halda xəstəxanaya çatdırılıblar.

Hürr Tərcüman