📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın Voronej vilayətində PUA partladı

2023-05-10 12:22:00

Rusiyanın Voronej vilayətində PUA partladı

“Partlayıcı ilə doldurulmuş iki PUA təlim meydançasına uçdu və partladı. Təxminən 14 hərbçi yaralanıb”, deyə “Baza” teleqram kanalı xəbər verir.

İlkin məlumata görə, ölən olmayıb.

Həmçinin Voronej vilayətində hərbi aerodroma yaxınlaşarkən naməlum təyyarənin vurulduğunu bildirib. Mənbənin sözlərinə görə, obyekt 500 m yüksəklikdə hərəkət edirmiş.Hadisə mayın 9-da səhər saatlarında aerodromdan 6 km aralıda baş verib. Düşən obyektin qalıqları axşam saatlarında yerli qəbiristanlığın ərazisində tapılıb, onların yıxılması zamanı xəsarət alan olmayıb. Sağ qalan fraqmentlər ekspertizaya göndərilib.

Ülviyyə, Hurriyyet.az