📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiyanın yanında deyilik" - İran XİN

2023-08-10 22:46:00

“Biz Rusiya - Ukrayna müharibəsində heç kimin tərəfində və yanında deyilik”.  
Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.
“Ukraynadakı müharibədə İranın pilotsuz təyyarələrindən istifadə etmək ittihamı əsassızdır. Rusiya rəsmiləri bizi əmin etdilər ki, Ukraynaya qarşı bizim avadanlıqlarımızdan istifadə etməyiblər və etməyəcəklər”, - nazir bildirib.
Abdullahiyan müharibədə heç kimin tərəfini tutmadıqlarını iddia edib:“Ukraynadakı müharibənin davam etməsi üçün bu savaşda heç kimin tərəfində olmamışıq və tərəfində də deyilik”.\\News24.az