📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın yeddi bankı SWIFT sistemindən çıxarıldı

2022-03-02 15:59:00

Rusiyanın yeddi bankı SWIFT sistemindən çıxarıldı

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqı Rusiyanın yeddi bankını SWIFT sistemindən çıxarmağı qərara alıb.

Bu barədə məlumat Avropa İttifaqının rəsmi jurnalında dərc edilmiş sənəddə verib.

Siyahıya daxil olan yeddi bankın adları belədir: VTB, Rossiya, Otkrıtiye, Novikombank, Promsvyazbank, Sovkombank və VEB.RF.

Hürr Tərcüman