📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın yeni müdafiə naziri bu şəxs olacaq

2024-05-09 17:41:47

Rusiyanın yeni müdafiə naziri bu şəxs olacaq

Rusiyanın müdafiə naziri Sergey Şoyqu mayın 10-dan gec olmayaraq dəyişdiriləcək.

Hurriyyet.az axar.az-a istinadən bildirir ki, bu barədə "Putin Teleqramda" Teleqram kanalı məlumat yayıb.

İnsayderlər hökumətin tərkibinin təsdiqinin mayın 8-dən mayın 10-na təxirə salınmasını məhz Müdafiə Nazirliyində kadr dəyişikliyinin hazırlanması ilə əlaqələndirirlər:

"Paradı nazir qəbul etməlidir. Razılaşın, paradı bir gün əvvəl təyin olunmuş yeni nazir aparsaydı, mümkün qədər qəribə olardı", - məlumatda bildirilib.

Vurğulanıb ki, Şoyqunun yerinə Tula vilayətinin qubernatoru Aleksey Dyuminin gələcəyi ilə bağlı versiya hələ də aktualdır.

Bundan əvvəl hərbi müxbir Vladimir Romanov Aleksey Dyuminin Rusiyanın yeni müdafiə naziri olacağı ilə bağlı ehtimal irəli sürüb.