Rusiyanın yeni müdafiə naziri Ermənistana xəbərdarlıq etdi: "Narahatıq"
Hurriyyet.az xəbər verir ki, RF müdafiə naziri Andrey Belousov ABŞ ilə Avropa İttifaqının Ermənistanı öz təsir dairələrinə daxil eləməsi addımları ilə bağlı narahatlığını səsləndirib.
Belousov deyib: "Vaşinqton və Brüsselin təhlükəsizlik və müdafiənin gücləndirilməsi bəhanəsi ilə erməni tərəfdaşlarımızı öz maraqları dairəsinə cəlb etmək planları narahatlıq doğurur".
Xəbər verdiyimiz kimi, Vaşinqton İrəvanın tələbi ilə Ermənistan Müdafiə Nazirliyinə məsləhətçilər göndərəcək. Vaşinqton bu ölkələrin tələbi ilə Ermənistan Müdafiə Nazirliyinə məsləhətçilər göndərəcək. Bu barədə “Intelligence Online” nəşri məlumat yaymışdı. Məlumatda bildirilir ki, Ermənistan, Ukrayna, Moldova və Balkan ölkələrinin müdafiə nazirliklərinin müraciəti əsasında ABŞ həmin nazirliklərə öz məsləhətçilərini göndərir. Nəşrin yazdığına görə, əsas hədəf "onları Rusiya modelindən uzaqlaşdırıb Amerika Silahlı Qüvvələrinə uyğunlaşdırmaqdır".
Hürr Tərcüman