Rusiyanın yeni müdafiə nazirinin Azərbaycanla bağlı ilk açıqlaması - "NATO Xəzər dənizinin resurslarını ələ keçirmək istəyir"
2024-05-31 14:24:18
Hurriyyet.az xəbər verir ki, Rusiyanın yeni müdafiə naziri Andrey Belousov KMTM təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin Qazaxıstanın Almatı şəhərində keçirilən görüşü zamanı Qərbin Ermənistan ilə Azərbaycana sülh müqaviləsini öz meydanlarında imzalamağı təklif etməsindən, "vasitəçilik xidmətlərini qəbul etdirməyə çalışmasından" narazılığını bildirib.
Belousovun sözlərinə görə, NATO Qafqazda öz mövqelərini möhkəmləndirməyə, Xəzər dənizinin resurslarını əldə eləmətə və Orta Asiyaya birbaşa çıxışa sahib olmağa çan atır. Eyni zamanda Gürcüstanda Rusiya əleyhinə fəaliyyət göstərir - bu ölkədə etiraz aksiyalarını maliyyələşdirir və sabitliyi pozur.
Hürr Tərcüman