Rusiyapərəst sosialistlər hakimiyyətə gəlir
2022-07-18 20:15:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Baş nazir Kiril Petkovun rəhbəri olduğu hökumətin istefa verməsindən sonra Bolqarıstan Prezidenti Rumen Radev yeni hökumətin qurulması vəzifəsini keçmiş kommunist partiyasının yolunu davam etdirən Bolqarıstan Sosialist Partiyasına (BSP) həvalə edib.
240 üzvlük parlamentdə 24 nəfərlik qrup ilə 4-cü sırada olan, Rusiyaya meylli siyasət yürüdən BSP-nin parlament qrupunun başçısı Georgi Svilenski yeni hökuməti quracaq.
Hürr Tərcüman