📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiyasız nə Ermənistan, nə də Azərbaycan mövcud olacaq" - SƏRSƏM AÇIQLAMA / VİDEO

2023-07-20 22:13:00

“Rusiya aparıcı dünya dövləti mövqeyinə malikdir, əvvəllər onun tərkibində olan ölkələr ondan asılı idi və bundan sonra da belə olacaq”.

Hurriyyet.Az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.

Onun fikrincə, Azərbaycan, Ermənistan və Ukrayna hansısa məqamda qərara gəldilər ki, onların başqa geosiyasi vektora nəzər yetirmək imkanı var. Lakin iqtisadi, siyasi, coğrafi və tarixi baxımdan bu ölkələr üçün Rusiyadan başqa başqa istiqamət yoxdur. Rusiya bu ərazilərdə sakitləşdirmə və nizam-intizam yaratmaq siyasəti aparır”, – deyə Tolstoy bildirib.

O deyib ki, Rusiya olmadan nə Ermənistan, nə Azərbaycan, nə də Ukrayna mövcud olacaq.

“Burada vacib olan budur. Qalan hər şey bu anlayışa əsaslanaraq nəticə verəcək”, – deyə rusiyalı deputat fikrini yekunlaşdırıb.