📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyaya aid 400-dən çox şirkətə sanksiya tətbiq olundu

2024-08-24 00:04:03

Rusiyaya aid 400-dən çox şirkətə sanksiya tətbiq olundu

ABŞ-nin Maliyyə Nazirliyi Rusiyanın müdafiə naziri Andrey Belousovun oğlu Pavel Belousov da daxil olmaqla, bu ölkəyə aid 400-dən çox şirkət və fiziki şəxsə sanksiya tətbiq edib.
Hurriyyet.az
 xəbər verir ki,  TASS məlumat yayıb. 
Məlumata görə, məhdudiyyətlərin qeyd olunduğu siyahıda sanksiyaların tətbiq olunduğu subyektlərlə əməkdaşlıq edən Avropa, Asiya və Yaxın Şərq regionunda yerləşən kommersiya qurumları da var.
Bu sanksiyalar Rusiya tərəfinin maliyyə texnologiyaları, IT sektoru, metallurgiya, faydalı qazıntı hasilatı və emalı, aviasiya, müdafiə sənayesi, atom enerjisi, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı sahələrində fəaliyyət göstərən şirkətlərini əhatə edir.
Onların arasında “Rosatom” da var. Belə ki, sözü gedən korporasiyaya texnoloji avadanlıq və vasitələrin ixracı qadağan olunur.