📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyaya burada yer yoxdur - Bayden

2022-04-08 10:19:00

Rusiyaya burada yer yoxdur - Bayden

Müharibə Rusiyanı dünyadan qovulmuş ölkəyə çevirdi.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Rusiyanın BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünün dayandırılması ilə bağlı açıqlamasında deyib.

"Bu, beynəlxalq ictimaiyyət tərəfindən Putinin müharibəsinin Rusiyanı dünyadan qovulmuş bir ölkəyə çevirdiyini bir daha göstərən əhəmiyyətli addımdır. Rusiya qoşunları hərbi cinayətlər törədir. Rusiyaya İnsan Hüquqları Şurasında yer yoxdur”, - Bayden bildirib.