Rusiyaya daha bir zərbə: Haaqa məhkəməsi gündəmə gəldi
Haaqa Məhkəməsi Rusiyanın Ukraynaya hücumu ilə bağlı hərbi cinayətləri araşdırmağa başlayıb. Bu barədə BBC məlumat yayıb.
Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xan Rusiyanın törətdiyi mümkün hərbi cinayətlərlə bağlı araşdırmaya başlanıldığını bildirib.
"Ukraynadakı vəziyyətin ilkin təhlilindən sonra qurumumuz bizim məhkəmənin yurisdiksiyasına daxil olan cinayət faktlarının törədilə biləcəyinə inanmaq üçün kifayət qədər əsas gördü. Potensial olaraq belə hesab edilə bilən konkret hallar artıq müəyyən edilib və istintaq onların əsasında təşkil ediləcək”, deyə baş prokuror bildirib.
Bundan əvvəl Kərim Xan istintaqa başlamaqdan ötrü icazə almaq üçün məhkəmənin prezident şurasına müraciət etmək niyyətində olduğunu bildirsə də, 38 ölkənin tribunala müraciəti ona dərhal işə başlamağa əsas verib.
Ukrayna Rusiya Federasiyasına qarşı Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsinə iddia qaldırıb.
Ülviyyə, Hurriyyet.az