📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyaya dron hücumu edilib

2023-04-11 11:25:00

Rusiyaya dron hücumu edilib

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiya mediası aprelin 10-da Rusiyanın Ukrayna ilə sərhəddən 35 km məsafədə yerləşən Belqorod şəhərinin Şuxov aeroportuna bomba yüklü dronun hücum elədiyini bildirib. Xəbəri Rusiyanın “Baza”, “Shot” və “Astra” Teleqram kanalları yayıblar.

Dron aeroportun hasarına dəyərək zədələyb. Ölən və ya yaralanan yoxdur.

Hürr Tərcüman