📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyaya dron satılacaqmı? Bayraktardan dünya gündəminə düşən açıqlama

2022-07-19 16:14:00

Rusiyaya dron satılacaqmı? Bayraktardan dünya gündəminə düşən açıqlama

Hurriyyet.az xəbər verir ki, “Bayraktar” dronlarını istehsal edən “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktarın CNN İnternational kanalına müsahibəsi dünya gündəmində əks-səda doğurub.

Haluk Bayraktar deyib: “Rusiyaya SPUA (Silahlı Pilotsuz Uçuş Aparatı – red.) satmayacağıq. Rusiyaya heç bir şey vermədik və ya ondan heç bir şey almadıq. Biz əsla belə bir şey etmərik. Ukraynanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəkləyirik”.

Türkiyə ilə Ukrayna arasında silahlı dron ticarətindən bəhs edən H.Bayraktar bu ticarətin iki ölkə arasında aviasiya sahəsində mövcud münasibətlər əsasında aparıldığını qeyd edib. Bayraktar SPUA istehsalında istifadə edilən turbin motorların Ukraynada istehsalı edildiyini açıqlayıb. Ukrayna ilə Türkiyə arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlığın gələcəkdə də davam edəcəyi gözlənilir.

Hürr Tərcüman