📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyaya gedən gəmi İsveç sahillərində saya oturdu

2025-05-31 19:57:42

Rusiyaya gedən gəmi İsveç sahillərində saya oturdu

Rusiyanın Vısotsk limanına yollanan Panama bayraqlı “Meshka” yük gəmisi İsveçin Landskrona şəhəri yaxınlığında saya oturub.

Bu barədə SVT telekanalı məlumat yayıb.

Sahil Mühafizəsinin nümayəndəsi Valdemar Lindekrants hadisənin səbəblərinin araşdırıldığını və ekipajın dindirildiyini bildirib.

Dəniz Administrasiyasının sözçüsü Björn Alverfeldtin sözlərinə görə, gəmi yüklü deyil və Finlandiya sərhədi yaxınlığındakı Vısotska gedirmiş. 180 metr uzunluğundakı gəmidə hazırda Sahil Mühafizəsinin əməkdaşları var. Gəmiyə suyun daxil olması qeydə alınmayıb.

Məlumata görə, gəminin çənlərində 938 min litr mazut var. Hələlik dənizə mazut dağılması müşahidə olunmayıb. \\Axar.Az