📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyaya gedənlərə artıq bu işlər qadağan edildi

2024-02-15 15:36:56

Rusiyaya gedənlərə artıq bu işlər qadağan edildi

Rusiyanın Samara vilayətinin rəhbərliyi miqrantlara təhsil və nəqliyyat xidmətlərinin göstərilməsi sahəsində işləməyi qadağan edib.

Hurriyyet.az xəbər verir ki, lent.az-ın yerli mediaya istinadən məlumatına görə, qeyd olunur ki, patenti olan miqrantlar ictimai nəqliyyatda, taksidə və təhsil sahəsində işləyə bilməyəcəklər. Məhdudiyyətlər işə qəbul agentliklərinə də təsir edəcək.

“Qərar dərc edildiyi gündən 10 gün sonra, yəni 2024-cü il fevralın 24-dən qüvvəyə minir”, - mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Regional hökumət əlavə edib ki, vilayət qubernatoru Dmitri Azarov hüquq-mühafizə orqanlarına qətnamənin icrasına ciddi nəzarət etməyi tapşırıb.