“Rusiyaya görə Ukraynanı yox saya bilmərik” — Çavuşoğlu
2021-12-23 22:44:00
“Rusiya ilə geniş əlaqələrimiz olduğu üçün prinsiplərimizi və Ukrayna ilə yaxın əlaqələrimizi yox saymayacağıq”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, belə çətin anlarda zamanın ruhu və milli təhlükəsizlik nə tələb edirsə, onu edəcəklər:
“Bu, çətin işdir, lakin diplomatiya bunun üçündür”./Qafqazinfo