📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyaya qarşı 20-ci sanksiya paketi riskdə - Macarıstan mane olur

2026-02-17 16:41:51

Rusiyaya qarşı 20-ci sanksiya paketi riskdə - Macarıstan mane olur

Macarıstanın mövqeyi Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbulunu ləngidə bilər.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etməyə yaxındır.  Diplomatlar məhdudiyyətləri fevralın 24-dək – Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin dördüncü ildönümünə qədər yekunlaşdırmağa çalışırlar. Lakin Macarıstan qərarın sürətlə qəbuluna maneələr yaradır.

Məlumata əsasən, yekun razılaşmanın Avropa səfirlərinin daha iki görüşündən sonra əldə olunacağı gözlənilir. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas sanksiyalar paketinin 24 fevrala qədər hazır olmasında israr edir. Qısa vaxt çərçivəsi səbəbindən səfirlərin həftə ərzində iki dəfə toplaşacağı ehtimal olunur.