Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya 66 mindən artıq kişi qayıtdı
2022-03-05 15:05:00
Ukraynanın Müdafiə naziri Aleksiy Reznikov bildirib ki, Ukraynanı müdafiə etmək üçün xaricdən 66 min 224 nəfər geri qayıdıb. Bu barədə o, Twitter-də yazıb.
"66 224. Xaricdən ölkəni işğalçı qoşundan qorumaq üçün məhz bu qədər kişi qayıdıb.
Bu daha 12 döyüş və motivasiyalı briqadadır! Ukraynalılar, biz yenilməzik!”, - deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.
virtualaz.org