"Rusiyaya səfər istənilən Azərbaycan vətəndaşı üçün təhlükəli hala gəlib" - ELXAN ŞAHİNOĞLU
"Ermənistan Rusiyadakı dostları vasitəsilə bu yolla İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin intiqamını almağa çalışır"
"Bu hesabla Rusiyaya səfər istənilən Azərbaycan vətəndaşı üçün təhlükəli hala gəlib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan torpaqlarının işğalında, mülki vətəndaşlarımızın qətlində iştirak edən ermənilər əlləri sallana-sallana Rusiyaya daxil olur, Moskvada görüşlər keçirir, təlimat alır və geri qayıdırlar, Azərbaycan vətəndaşlarına gəldikdə isə Ermənistan Prokurorluğunun müraciəti əsasında hava limanında həbs edirlər: "Ermənistan Rusiyadakı dostları vasitəsilə bu yolla İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin intiqamını almağa çalışır. Qonşularımızı yaxşı tanıyaq!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az