📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyaya təzyiq nə qədər çox olarsa... - Zelenski

2024-08-07 22:40:24

Rusiyaya təzyiq nə qədər çox olarsa... - Zelenski

Ukraynaya qarşı müharibə aparan Rusiyaya təzyiq nə qədər çox olarsa, sülh də bir o qədər yaxın olar.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Bu, cəbhə xəttinə də aiddir - Pokrovskoye istiqaməti, Toretskoye, Liman, Xarkov vilayəti... İşğalçının hücum əməliyyatlarına qarşı müdafiəmiz hər yerdə davam edir. Düşməni məhv etməyə davam etmək vacibdir. Müharibəni Ukraynaya gətirən Rusiyaya təzyiq nə qədər çox olarsa, sülh də bir o qədər yaxın olar", - V.Zelenski qeyd edib. \\Axar.Az