Rusiyaya yenə PUA hücumu oldu - Yenilənib
2023-09-05 09:27:12
Bu gecə də Rusiyanın Kaluqa və Moskva vilayətlərində 2 pilotsuz uçuş aparatı məhv edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar Ukraynaya mənsubdur.
Təhlükəsizlik tədbirləri üçün Domodedovo, Şeremetyevo və Vnukovo hava limanlarına “Xalça” rejimi tətbiq edilib. Belə ki, bu aeroportlar müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
***
Moskvanın aeroportlarında ləngiyən 50-dək reys bərpa edilir. İlk yerli reys Soçiyə, beynəlxalq reys isə İstanbul və Antalyaya yola düşüb.
qafqazinfo.az