📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyaya yeni status verilə bilər – “terrorçuluğun sponsoru olan dövlət”

2021-12-16 14:20:00

Rusiyaya yeni status verilə bilər – “terrorçuluğun sponsoru olan dövlət”

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, amerikalı senatorlar  Rusiyanı “terrorçuluğun sponsoru” elan eləməyi təklif ediblər.

Senatorlar 2022-ci ildə Ukraynaya 450 milyon dollar həcmində hərbi yardım eləməyi və Rusiyaya “terrorçuluğun sponsoru olan dövlət” statusunu verməyi təklif ediblər.

Senatın Beynəlxalq Münasibətlər Komitəsinin saytında yerləşdirilmiş açıqlamada deyilir: “Senatın Beynəlxalq Münasibətlər Komitəsinin yüksək vəzifəli üzvü, senator Cim Riş bu gün “Ukraynanın müdafiəsinin gücləndirilməsi yolu ilə onun muxtariyyətinin təmin edilməsi aktı”nı (Guaranteeing Ukraine"s Autonomy by Reinforcing its Defense Act, GUARD Act) təqdim edib... Qanun layihəsi... 2022-ci ildə hərbi maliyyələşmə üçün Ukraynaya 450 milyon (dollar) məbləğində xarici vəsaitin verilməsini təsdiqləyir... Rusiyanı “terrorçuluğun sponsor-dövləti” adlandırır”.

Hürr Tərcüman