📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ruslan Tağıyev Özbəkistanın məşhur idmançısını məğlub edərək çempion oldu - FOTOLAR

2023-08-30 20:29:44

Ruslan Tağıyev Özbəkistanın məşhur idmançısını məğlub edərək çempion oldu - FOTOLAR

Budo döyüş növləri üzrə dünya və Asiya çempionu Ruslan Tağıyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən EFC 35 -də rəqibi üzərində parlaq qələbə qazanıb.

Hurriyyet.az xatırladır ki, bu, Ruslan Tağıyevin peşəkar döyüşdə 5-ci qələbəsidir. Ruslan Tağıyevin rəqibi Özbəkistan Respublikasının tanınmış, məğlubedilməz idmançısı titulunu qazanan Baktierjon Kosimkhodjaevdir. O, 4 peşəkar döyüşdə məğlub olmayan idmançıdır.
Ruslan  Tağiyev həmçinin budodan Azərbaycan çempionudur. Hal-hazırda SOCAR “Azəriqaz” İstehsalat Birliyində mühəndiz vəzifəsində çalışır.

Hurriyyet.az