📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ruslar 9 Mayı Varşavada qeyd etmək istəyirlər

2022-05-08 00:15:00

Ruslar 9 Mayı Varşavada qeyd etmək istəyirlər

Mayın 9-u ruslar paytaxtda Qələbə Gününü qeyd etmək istəyirlər.

Bunu Varşava meri Rafał Trzaskovski deyib.

Onun sözlərinə görə, Rusiya səfirliyi Polşa Xarici İşlər Nazirliyinə mayın 9-da Varşavada bayram tədbirlərinə icazə verilməsi xahişi ilə müraciət edib:

“Mən bunun qəti əleyhinəyəm. Polşanın heç bir dövlət qurumu bu təşəbbüsdə iştirak etməməlidir. Üstəlik, qadağan edilməlidir. Təcavüzkarın Varşavada bayram keçirməsinə razılığım yoxdur”. \\Axar