Ruslar Donbasda, ukraynalılar Kurskda irəliləyirlər – Ərazilər ələ keçirildi
2024-08-19 11:05:13
Ukrayna ordusu Kursk vilayətində, Rusiya qoşunları Donbas bölgəsində hücum əməliyyatlarını davam etdirir.
Hurriyyet.az xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.
Nəşrin son məlumatına görə, Ukrayna qüvvələri Kursk vilayətinin Apanasivka, Snaqost və Otruba yaşayış məntəqələrini nəzarətə götürüb. Bundan əlavə, Olqivka kəndində də irəliləyiblər.
Mənbə Rusiya ordusunun Ukraynanın Donbas bölgəsindəki hücum əməliyyatları barədə də məlumat verib:
“Ruslar Pişçanı, Skuçnı, Nikolayevka, Zalijnyanski, Novojelannı yaxınlığında, eləcə də Nelipivka və Nyu-Yorkda irəliləyib. Nyu-Yorkun qərbində təmas xətti dəqiqləşdirilib”.
Teleqraf.com