📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ruslar Duqinin qızının qisasını belə alacaqlar

2022-08-22 09:45:00

Ruslar Duqinin qızının qisasını belə alacaqlar

Avqustun 24-də Rusiyadan raket hücumu ehtimalı var. Bu da rus təbliğatçısı Duqinin qızının ölümü ilə bağlıdır. Düşmənin ictimai səhifələrində onlar artıq Ukraynadakı qərar qəbul edən mərkəzlərə hücum tələb edirlər.

Hurriyyet.az xəbər verir ki, bunu ukraynalı hərbi müşahidəçi Denis Popoviç deyib.

“Avqustun 24-ü simvolik tarixdir. “Xüsusi hərbi əməliyyat” adlandırılan əməliyyatın başlamasından yarım il ötür. Hesab edirəm ki, Rusiya buna hazırlaşır və şiddətli atışma olacaq. Əsasən də Ukraynanın dinc şəhərlərinə. Buna diqqət etmək lazımdır. Və biz ruslar üçün də sürpriz hazırlaya bilərik", - o bildirib.

Axar.az