📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ruslar əsir götürülən meri necə sərbəst buraxıb?

2022-03-17 09:00:00

Ruslar əsir götürülən meri necə sərbəst buraxıb?

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Rusiya hərbçiləri tərəfindən qaçırılan Melitopol meri İvan Fedorov sərbəst buraxılıb.

Hurriyyet.az xəbər verir ki, merin necə sərtbəst buraxılmasına dair suala da aydınlıq gəlib.

Bu barədə Ukrayna Prezident Ofisinin mətbuat katibi Darya Zarivna açıqlama verib. Onun sözlərinə görə, İvan Fedorov 2002-2003-cü il təvəllüdlü, əsir götürülən 9 rus əsgəri ilə dəyişdirilib.

Zarivnanın sözlərinə görə, ruslar Federovu əməkdaşlığa cəlb etmək istəsələr də, buna nail ola bilməyiblər. Dövlət rəsmisi merin 5 gün əsirlikdə qaldığını bildirib.