Ruslar İsveçin hava sərhədini POZDU
2022-05-01 00:23:00
Rusiyaya məxsus döyüş təyyarəsi İsveçin hava məkanını pozub.
Bu barədə İsveç Silahlı Qüvvələri məlumat yayıb.
Məlumata görə, təyyarə Blekinge bölgəsi üzərindən uçub. Rusiya təyyarəsinin İsveç sərhədlərini tərk edərək geri döndüyü vurğulanıb və prosesin fotoşəkilləri çəkilib.
Bundan əvvəl İsveç Hərbi Hava Qüvvələri martın 2-də Rusiyanın 4 döyüş təyyarəsinin İsveçin hava məkanını pozaraq Qotland adasının üzərində uçduğunu açıqlayıb. \\Redaktor.az