Məlumata görə, hazırda bu vasitələrin sistemli və ya ciddi döyüş effekti verən tətbiqi qeydə alınmayıb. Bununla belə, Rusiyada yeni tip dəniz pilotsuz aparatlarının hazırlanması və istehsalı davam edir.
Xüsusilə, saatda 100 kilometrə qədər sürət yığa bilən “Triton” tipli aparatın Ukraynanın mülki gəmiçiliyinə və liman infrastrukturuna qarşı istifadə üçün nəzərdə tutulduğu ehtimal olunur.
Kəşfiyyatın məlumatına əsasən, aylıq 40 ədədədək “Skat” tipli aparatın istehsalı planlaşdırılır. Bu isə qarşı tərəfin kütləvi tətbiq taktikasına keçmək niyyətindən xəbər verir.
Bununla yanaşı, “Prosveт-1” adlı avtonom sualtı aparatın da hazırlandığı bildirilir. Qeyd olunur ki, bu sistem Ukraynanın sualtı pilotsuz vasitələrinə qarşı mübarizə üçün nəzərdə tutulub. Kəşfiyyat orqanları bunu Rusiyanın mərhələli və çoxsəviyyəli sualtı müdafiə sistemi formalaşdırmaq cəhdi kimi qiymətləndirir.