📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ruslar kütləvi şəkildə ordudan qaçır

2023-12-05 23:06:14

Ruslar kütləvi şəkildə ordudan qaçır

Ukraynada döyüşən rus əsgərləri kütləvi şəkildə ordudan yayınmağa cəhd edir.

Hurriyyet.Az xəbər verir ki, bu barədə “Vətəndaş.Ordu.Hüquq” təşkilatının direktoru Sergey Krivenko açıqlama verib.

O bildirib ki, orduda fərarilik halları iki dəfə artıb. İyun-avqust aylarında 305 müraciət olduğu halda, sentyabr-noyabr aylarında 577 belə müraciət daxil olub. Ən çox qaçmağa cəhd oktyabr ayında qeydə alınıb (218).

Sergey Krivenko qeyd edir ki, Rusiya hərbçiləri rotasyonun olmadığını, hətta ağır yaralıların xəstəxanaya yerləşdirildikdən sonra cəbhəyə geri göndərildiyini bildirir. \\KONKRET.az