Ruslar Türkiyəyə köçürlər
Hurriyyet.az xəbər verir ki, Türkiyədə əcnəbi daşınmaz əmlak alıcıları siyahısında Rusiya vətəndaşları birinci yeri tutublar. Ötən ay rusiyalılar bu ölkədən 400-dən artıq ev alıblar.
Türkiyənin daşınmaz əmlakı rusiyalı alıcılar arasında böyük tələbata malikdir. Ötən ay RF vətəndaşları Türkiyədən 411 ev və ya mənzil alıblar. Bununla da əcnəbi alıcılar siyahısında lider olublar. Bu barədə informasiyanı Türkiyənin Statistika İnstitutu dərc edib.
Türkiyədən yaşayış yeri alanar içərisində İran vətəndaşları (189 ev) ikinci, Ukrayna vətəndaşları üçüncü (129), İraq vətəndaşları (82) dördüncü yeri tutublar.
İsrail, Misir, Əlcəzair, İordaniya, Niderland və Livan vətəndaşları da Türkiyədən ev və ya mənzil alıblar.
Bütün bunlarla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan xarici vətəndaşların sayı demək olar, 50% azalıb. Əcnəbilərə ev satışı ümumi satış həcminin 1,7 faizini keçməyib.
Hürr Tərcüman