📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ruslar Ukraynada daha iki kəndi ələ keçirdi - FOTO

2024-02-27 17:25:48

Ruslar Ukraynada daha iki kəndi ələ keçirdi - FOTO

 

Lastoçkinodan sonra ruslar Avdeyevka istiqamətində daha iki kəndi ələ keçiriblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukraynanın "Deep State" monitorinq kanalı yazıb.

Mənbə qeyd edib ki, Avdeyevka istiqamətində Rusiya Silahlı Qüvvələri Orlovka, Berdiçev və Tonenski yaxınlığında irəliləyib, həmçinin Stepnoye və Severnoye yaşayış məntəqələrini nəzarətə götürüb.

Jurnalistlər xatırladıblar ki, Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” operativ-strateji qoşun qrupunun komandanlığı əvvəllər Avdeyevkanın qərbində müdafiə xətlərinin guya hazır olduğunu bəyan edib.

Bizim.Media