📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ruslar ukraynalı çempionu ÖLDÜRDÜLƏR

2022-04-29 23:41:00

Ruslar ukraynalı çempionu ÖLDÜRDÜLƏR

Mariupolda Rusiya hərbçilərinin açdığı atəş nəticəsində 14 yaşlı ağır atlet Alina Perequdova və onun anasının ölümünə səbəb olub.

Bu barədə Mariupol Şəhər Şurasının feysbuk səhifəsində məlumat yayılıb.

Perequdova Ukrayna yığmasına namizədlər siyahısında olub və ötən il 17 yaşadək idmançılar arasında ağır atletika üzrə Ukrayna çempionatının qızıl medalını qazanıb.

İdmançı Donetsk ağır atletika məktəbinin şagirdi olub.

“O, ən yüksək səviyyədə hazırlaşırdı və daha da irəli getməyə çalışırdı. Amma ruslar gəldi və onu bu gələcəkdən məhrum etdilər" Mariupol Şəhər Şurasının məlumatında deyilir. \\Redaktor