📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ruslara Aİ-də rəhbər vəzifələr tutmaq qadağan edildi

2023-02-25 22:28:00

Ruslara Aİ-də rəhbər vəzifələr tutmaq qadağan edildi

Avropa İttifaqı Şurası Rusiyaya qarşı 10-cu sanksiya paketini açıqlayıb.

Yeni sanksiyalar nəticəsində Rusiyaya ixrac edilə bilməsi qadağan olunan məhsulların siyahısı genişlənib.

Rusiyaya əhəmiyyətli gəlir gətirən asfalt və sintetik kauçuk kimi malların idxalına da əlavə məhdudiyyətlər qoyulub.

Rusiya vətəndaşlarına Avropa İttifaqının strateji müəssisələrində rəhbər vəzifələr tutmaq da qadağan edilib.

Həmçinin, Rusiyanın daha 3 bankı Aİ-nin "qara siyahı"sına salınıb.\\Qaynarinfo