📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ruslara hansı dildə desən, başa düşmürlər - Podolyak

2022-03-29 09:07:00

Ruslara hansı dildə desən, başa düşmürlər - Podolyak

Rusiya vətəndaşları onlara hansı dildə desən, heç nə görmür və başa düşmür.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Onun sözlərinə görə, müasir Rusiya Federasiyası mediasız ölkədir, çünki “Novaya qazeta” qapalıdır, müzakirəsiz, siyasi rəqabətsiz parlamenti var.

“Onlarla hansı dildə danışmağınızdan asılı olmayaraq, heç nə görmür, eşitmir, başa düşmürlər”, - Podolyak qeyd edib.